14 Sentyabr 2023 17:21
1 764
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kreml Bakı ilə İrəvan arasında gərginliyin azalmamasından narahatdır və bəzi bölgələrdə gərginliyin artması tendensiyası müşahidə olunur.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Biz gərginliyin azalmamasından və hətta bəzi bölgələrdə gərginliyin artması tendensiyasından narahatıq”, - Peskov bildirib.

O vurğulayıb ki, Rusiya təhlükəsizliyin etibarlı təminatçısı olaraq qalır. Peskov əlavə edib ki, Bakı və İrəvanla təmaslar davam edir.

“Biz hər iki tərəfi təmkinli olmağa və iki il əvvəl imzalanmış iki üçtərəfli sənədləri həyata keçirməyə çağırırıq. Əlbəttə, bu halda o vaxtdan bəri ortaya çıxan yeni reallıqlar nəzərə alınmalıdır”, - Kremlin sözçüsü vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər