Dünən Ağdam yolu ilə Xankəndiyə gələn yük maşınlarının içində Türkiyə istehsalı mallar da var.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.
“Ağdam vasitəsilə Xankəndiyə daxil olan Rusiya Qızıl Xaç Cəmiyyətinin maşınlarında sırf Rusiya istehsalı məhsulların olması ilə bağlı ilkin razılaşmaya baxmayaraq, məlum olur ki, Türkiyə istehsalı uşaq bezləri də var. Dünən ermənilər bu barədə həyəcan təbili çalaraq, türk məhsullarının yandırılmasını tələb ediblər”, - məlumatda deyilir.
Qeyd edək ki, bu, separatçıların ilk belə faşist yanaşması deyil. Dünən Xankəndidəki qondarma rejim separatçıları əmin edib ki, yük maşının sürücüsü azərbaycanlı deyil, maşın da Azərbaycan dövlət nömrəsi ilə əraziyə gəlməyib. Eyni zamanda, yüklərin arasında Azərbaycan istehsalı malların olmadığı da separatçı ünsürlərin diqqətinə çatdırılıb.