Hazırda Rusiya Qarabağdakı vəziyyətlə bağlı Azərbaycan tərəfi ilə əlaqə saxlayır.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya XİN-in sözçüsü Mariya Zaxarova deyib.
“Təmaslarımız var, o cümlədən Azərbaycan tərəfi ilə. Düşünürəm ki, yaxın vaxtlarda təmasların nəticələrinə əsasən Xarici İşlər Nazirliyi vasitəsilə müvafiq bəyanat veriləcək”, - Rusiya rəsmisi bildirib.
Zaxarova bildirib ki, Rusiya Qarabağda vəziyyətin kəskin şəkildə gərginləşməsindən "dərin narahatlıq" keçirir. Onun sözlərinə görə, Rusiya Federasiyası tərəfləri diplomatik həll yoluna qayıtmağa çağırır.