21 Sentyabr 2023 11:11
11 477
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran regionda (Cənubi Qafqazda) geosiyasi vəziyyətin zərrə qədər dəyişməsinə qarşıdır.

Teleqraf.com xəbər verir ki, bunu İran prezidenti İbrahim Rəisi BMT Baş Assambleyası çərçivəsində keçirilən mətbuat konfransında Azərbaycan ordusunun son antiterror tədbirlərini şərh edərkən deyib.

“İslam Respublikası dəfələrlə bəyan edib ki, gərginlik və münaqişə regionun problemlərinin həlli yolu deyil. Bu məsələləri region ölkələri, o cümlədən İran həll edə bilər”, - İran başçısı bildirib.

Onun sözlərinə görə, İran Ermənistan və Azərbaycana açıq şəkildə bildirib ki, regionda geosiyasi vəziyyətin zərrə qədər dəyişməsinə qarşıdır:

“İki ölkə İranın mövqeyinə zidd ola biləcək heç bir addım atmayacaqlarına dair zəmanət verib”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər