“Yevlaxdakı müzakirələr hər şeyə aydınlıq gətirəcək”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Tiqran Abramyan deyib.
“Dünəndən azərbaycanlılar Xankəndinin bilavasitə yaxınlığında yerləşiblər. Xankəndiyə gedən yolda bloklar qoyublar”, - siyasətçi bildirib.
Abramyan xarırladıb ki, bu gün Yevlaxda Azərbaycan hakimiyyətinin nümayəndələri ilə danışıqlar aparılacaq:
“Danışıqlar zamanı Qarabağdakı durumla bağlı ətraflı müzakirə gözlənilir. Düzünü desəm, indiki vəziyyətdə xüsusilə optimist gözlənti (qondarma rejim üçün) yoxdur, amma bu müzakirədən çoxlu sayda suallara cavab gözlənilir”.
Onun sözlərinə görə, əsas suallardan biri Xankəndidəki qondarma rejimin gələcək taleyinin necə olacağıdır:
“İlk baxışdan görünən odur ki, artıq hər şey aydındır, bugünkü danışıqlar “nə demək, nə etmək məsələsi”nə aydınlıq gətirəcək”.