22 Sentyabr 2023 09:43
1 761
12 Punto 14 Punto 16 Punto 18 Punto

20 ton ərzaq məhsulları və gigiyenik vasitələr, eləcə də çörək məhsulları Qarabağda yaşayan dinc sakinlərə göndərilir.

Teleqraf.com xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin rəisi Mirəli Feyziyev bildirib.

Onun sözlərinə görə, FHN-in xəttilə Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalisi üçün ərzaq məhsullarının göndərilməsi həyata keçirilir:

"Sentyabrın 22-də hər birinin tutumu 20 ton ərzaq məhsulları və gigiyenik vasitələr və eləcə də içərisində çörək olan iki maşın Ağdam rayonundan Xankəndi istiqamətinə hərəkət edir. Yük karvanı hazırda açıq olan Ağdam-Xankəndi yolundan istifadə etməklə Xankəndiyə çatdırılacaq. Humanitar karvan təyinat nöqtəsinə çatdıqdan sonra əhaliyə paylanacaq".

M.Feyziyev Qarabağda yaşayan erməni sakinlər üçün bundan sonra da humanitar məqsədli dəstəyin veriləcəyini bildirib:

"Bundan sonra da bu kimi humanitar məhsulların göndərilməsi təmin olunacaq".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər