27 Sentyabr 2023 11:18
6 204
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvana səfəri dünya mediasında böyük əks-səda doğurub.

Teleqraf.com xəbər verir ki, Türkiyə lideri ilə Azərbaycan Prezidenti İlham Əliyevin görüşlərini yaxından izləyən Qərb mediası 44 günlük müharibədən sonra Türkiyənin Cənubi Qafqazda güclənməsinə diqqət çəkir.

Britaniyanın “The Guardian” qəzeti Türkiyə liderinin Naxçıvan səfərinə geniş yer ayırıb: “Prezident Ərdoğan Azərbaycanın qələbəsini yüksək qiymətləndirdiyini vurğuladı”.

Almaniyanın “Süddeutsche Zeitung” qəzeti Türkiyənin həmişə Azərbaycanın yanında olduğunu yazıb:

“Türkiyənin Qarabağ məsələsində mövqeyi bəllidir. Türkiyənin münaqişədə harada dayandığı heç vaxt sirr olmayıb. Ərdoğan çıxışında “Qarabağ Azərbaycandır” dedi”.

Türkiyə-Azərbaycan yaxınlaşmasına diqqət ayıranlardan biri də Qətərin “Aljazeera” telekanalıdır: “Türkiyə prezidenti Naxçıvana səfərində Qarabağda sürətli qələbənin qürurverici olduğunu bildirdi”.

Yunanıstanın “Kathimerini” qəzetinin məqaləsi isə belə adlanır: “Türkiyə indi Qafqazda daha güclüdür”.

Yunan nəşri Türkiyənin bölgədə Rusiyanın yerini tutduğunu iddia edir:

“Beynəlxalq analitiklər Sovet İttifaqının dağılmasından sonra Qafqazda təhlükəsizlik məsələlərində əsas rol oynayan, Ermənistanda hərbi bazası və 2 min hərbçisi olan Rusiyanın geri çəkilməsi ilə yaranmış boşluğu Türkiyənin dolduracağını proqnozlaşdırırlar”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər