27 Sentyabr 2023 22:54
1 286
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya qondarma “Dağlıq Qarabağ respublikasının dövlət naziri” vəzifəsində çalışmış və Azərbaycanın Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən saxlanılan Ruben Vardanyana kömək etməyəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Federasiya Şurasının Konstitusiya Komitəsinin üzvü Aleksandr Başkin məlumat verib.

O deyib ki, ötən ilin sonunda Vardanyanın ərizəsi əsasında Rusiya Prezidenti Vladimir Putin onun vətəndaşlığına xitam verilməsi barədə fərman imzalayıb.

Aleksandr Başkin əlavə edib ki, Vardanyan öz xoşu ilə Rusiya vətəndaşlığından imtina edib və bu səbəbdən o, Rusiyadan heç bir hüquqi kömək ala bilməyəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər