10 Oktyabr 2023 12:29
6 001
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan gündəm formalaşdırmaq iqtidarında olmayan simasız dövlətə çevrilir”.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Vahe Ovannisyan deyib.

Onun sözlərinə görə, Baş nazir Nikol Paşinyan artıq Qarabağ məsələsini Ermənistan üçün qapayıb.

“Nikol Rusiya ilə münasibətlərdə həddindən artıq kəskinləşməyə gedir, bunun müqabilində Qərbdən yalnız yaltaq və ya başsağlığı sözləri alır. Əvəzində Əliyev (Prezident İlham Əliyev) ruslarla yaxşı münasibət saxlayır, Qərbdən mümkün olan hər şeyi alır, lazımi məqamda da araya məsafə qoyur. İrəvanın xarici siyasəti və gündəmi yoxdur”, - Ovannisyan bildirib.

Politoloq qeyd edib ki, hər dəfə Şarl Mişel və Makronun nəvaziş obyekti olmaq Ermənistan üçün fəlakətlə bitir. Ovannisyan Ermənistanın Rusiya-Qərb qarşıdurmasının diqqət mərkəzində olduğunu, bunun ölkəsi üçün yaxşı heç nə vəd etmədiyini vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər