10 Oktyabr 2023 17:05
2 059
12 Punto 14 Punto 16 Punto 18 Punto

Artıq sənəd imzalanıb, anklavlar – Qazax və Naxçıvanın kəndləri (ümumilikdə 8) Azərbaycana təhvil veriləcək.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Benyamin Matevosyan deyib.

“Paşinyan 86.6 min kvadratkilometr ərazisində Azərbaycanın bütövlüyünü tanıyan sənədi imzalayaraq, həm də Ermənistan daxilindəki anklavların təhvil verilməsinə razılaşdı”, - ekspert bildirib.

Metevosyan Ermənistan rəhbərinin növbəti dəfə sənəd üzərində Qarabağı Azərbaycan ərazisi kimi təsdiqlədiyini də xatırladıb.

Onun sözlərinə görə, Qazaxın 7 kəndi təhvil verilən andan Ermənistan və Gürcüstanı birləşdirən dövlətlərarası marşrutlar da Azərbaycanın nəzarətinə keçəcək.

Matevosyan Baş nazir Nikol Paşinyanın növbəti addımının Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasını çıxarmaq olduğunu söyləyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər