Futzal üzrə Azərbaycan milli komandası DÇ-2024-ün elit-raund mərhələsində növbəti oyununu keçirib.
Teleqraf.com xəbər verir ki, Vitali Borisovun baş məşqçi olduğu kollektiv Astanada Qazaxıstan yığmasının qonağı olub.
“Jekpe Jek” arenasında oynanılan qarşılaşma meydan sahiblərinin əzmkar qələbəsi ilə başa çatıb - 3:2.
Matça yaxşı başlayan Azərbaycan millisi ilk hissəsinin əvvəllərində 2 top vursa da, qələbə hesabını qoruyub saxlaya bilməyib.
Bu nəticədən sonra xallarını 12-yə çatdıran Qazaxıstan seçməsi liderliyini möhkəmlədib. Üç xalı olan Azərbaycan yığması isə üçüncü pillədə qalıb.