12 Oktyabr 2023 12:26
10 192
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya, İran və Fransanın Zəngəzurda konsulluq açması bölgə sakinlərini qorxudub.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.

“Sünikdə (Zəngəzur) bir-birinin ardınca açılan konsulluqlar bölgə sakinlərinin narahatlığına səbəb olub. Onların başının üstündə hansı təhlükə var ki, Ermənistanın suveren ərazisində, məsələn, İran, Rusiya, Avropa Birliyinin İrəvanda səfirlikləri və nümayəndəlikləri olduğu halda, Sünikdə də konsulluqlar açırlar? Yoxsa Sünik tamam başqa dövlətdir?”, - məqalədə bildirilir.

Tex icmasının ağsaqqallar şurasının üzvü Masis Zeynalyan bu haqda “Hraparak”a belə deyib:

“Bəlkə Süniki xüsusi olaraq ayırıblar? İrəvanda səfirlik varsa, niyə İran, Rusiya, Avropa Birliyi Sünikdə ayrı-ayrı strukturlar açırlar? Fransa da öz istəyini bildirib. Əgər Sünik Ermənistanın suveren ərazisidirsə, bu prosesin məqsədi nədir?”.

O qeyd edib ki, narahat olmaları üçün obyektiv səbəbləri var, müxtəlif səviyyələrdə Zəngəzurun təhlükəsizliyi məsələsi müzakirə olunur:

“Artıq özümüzü qaçqın kimi hiss edirik. Bizim getməyə yerimiz yoxdur. Hara qaçacağıq, Rusiyaya, Avropaya?”.

Zeynalyan bütün bunların Zəngəzur dəhlizinin açılması üçün hazırlıq olduğunu iddia edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər