30 Oktyabr 2023 11:05
3 178
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bizim Cənubi Qafqaz regionunda yerləşdiyimizi, dörd qonşumuzun olduğunu və qarşılaşa biləcəyimiz təhlükə və imkanların onlarla münasibətlərimizdə gizləndiyini dərk etmək çox vacibdir. Bu baxımdan Gürcüstan və İranla münasibətlərimizin dostluq, əməkdaşlıq xarakterini daha da inkişaf etdirmək, Azərbaycan və Türkiyə ilə münasibətləri tənzimləmək vacibdir.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Bir daha qeyd etməliyəm ki, planlarımıza Azərbaycanla sülh və münasibətlərin nizamlanması sazişinin imzalanması və Türkiyə ilə münasibətlərin tənzimlənməsi daxildir, baxmayaraq ki, biz bunun asan olmayacağını anlayırıq. Amma belə bir proqramla irəliləmək Ermənistan Respublikasının dövlət maraqlarından irəli gəlir. Bu kontekstdə sülh müqaviləsinin imzalanmasının nə dərəcədə real olduğu sualı yaranır. Qeyd etməliyəm ki, Azərbaycanla sülhün və münasibətlərin nizamlanmasının üç əsas prinsipi razılaşdırılıb və tərəflər həmin razılaşdırılmış prinsiplərə sadiq qaldıqları təqdirdə sülh və münasibətlərin nizamlanması sazişinin imzalanması reallaşacaq”, - baş nazir bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər