1 Noyabr 2023 12:03
5 770
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Nikol Paşinyan Zəngəzurdan keçəcək yolların (və ya nəqliyyat dəhlizlərinin) Rusiyanın nəzarətində olmasını istəmir.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.

Nəşr Ermənistan rəhbərinin bu istəyini artıq gizlətmədiyini yazır:

“Aylar əvvəl bildirmişdik ki, Paşinyan dar çərçivədə komanda üzvlərinə 10 noyabrda imzalanan üçtərəfli bəyanatın kommunikasiya xətlərinə Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd orqanlarının nəzarətini ehtiva edən 9-cu bəndini ləğv edəcəklərini deyib. Uzun müddətdir Paşinyan bununla bağlı eyhamlar vururdu, demək istədiklərini üstüörtülü çatdırmağa çalışırdı. Ötən günlərdə isə demək olar ki, bunu açıq mətnlə dilə gətirdi. Parlamentdə büdcə layihəsinin müzakirəsi zamanı bildirdi ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətində xüsusi bölmə yaradılacaq, onun məqsədi kommunikasiyaların təhlükəsizliyini təmin etmək olacaq”.

Ermənistan hökuməti bu məqsədlə Milli Təhlükəsizlik Xidmətinə ayrılan vəsaitləri artırıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər