10 Noyabr 2023 13:13
1 542
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan hakimiyyəti separatçı Samvel Şahramanya həm siyasi mübarizədən, həm də ləğv edilmiş qondarma rejimi bərpa ideyasından çəkindirir.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.

Nəşr bildirir ki, hazırda qeyd olunan məsələlərlə bağlı bir proses olmasa da, söhbətlər və müzakirələr gedir. Mənbənin iddiasına görə, Ermənistan hakimiyyəti hətta “artsax” sözünün də istifadə edilməməsini istəyir.

“Hraparak” Nikol Paşinyan hökumətinin Şahramanyan və digər separatçıları qorxu altında saxlamaq üçün bütün vasitələrə əl atdığını iddia edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər