Fransanın bir neçə zirehli texnikasının Ermənistana verilməsi ilə bağlı problemlər və yayılan məlumatlar Ermənistanın Qərb silahlarının alınması ilə bağlı ciddi maddi-texniki problemləri ilə bağlı proqnozumuzu sübut edir.
Teleqraf.com xəbər verir ki, bunu erməni jurnalist Karen Xaçikyan deyib.
Onun məlumatına görə, Fransadan göndərilən texnikaların bir hissəsi hələ də Gürcüstanın Poti limanındadır:
“Poti limanının operator şirkəti bildirib ki, texnikaların Ermənistana ötürülməsində heç bir problem yoxdur, çünki bunlar sanksiya altında deyil. Amma fakt budur ki, belə avadanlıqların çatdırılması barədə məlumat Gürcüstan tərəfdən gəlib. Məsələ ondadır ki, Azərbaycan və Türkiyə Fransadan alınan silahların maddi-texniki təminatına mane olmağı tələb edir. Bu, əsasən hərbi yox, geosiyasi komponenti ehtiva etdiyi üçün həyata keçirilməsi olduqca çətin bir sövdələşmədir.
Bu dəfə Ermənistana zirehli texnikanın göndərilməsinin mümkün olacağını, Türkiyə və Azərbaycanın Gürcüstana təzyiqinin Qərbin təzyiqindən daha az təsirli olacağını qəbul etsək belə, gələcəkdə bu yolla göndərilmənin davam edəcəyi faktı yoxdur”.
Xaçikyan qeyd edib ki, Gürcüstan əvvəllər öz ərazisindən Ermənistana silah-sursatın ötürülməsinə imkan verməyib. Onun fikrincə, bu dəfə də Gürcüstan yolu bağlaya bilər, xüsusən də mümkün hərbi toqquşma zamanı buna getməyəcək.
“Gürcüstan 44 günlük müharibə zamanı bir bir güllənin belə öz ərazisindən Ermənistana ötürülməsinə imkan verməyib. Regionda o qədər mürəkkəb münasibətlər var ki, hərbi texnikanın alınması bir şeydir, onun Ermənistana çatdırılması tamam başqa məsələdir, ona görə də Fransa silahları ilə bağlı hər şey təbliğat və manipulyasiya ilə məhdudlaşır, məqsədi geosiyasi rəqabətdir”, - jurnalist bildirib.
Xaçikyan Ermənistanı “regionda Rusiyaya qarşı istifadə edilən xırda pul” adlandırıb.