2024-cü il üçün müdafiə xərclərini iki dəfədən çox artırmışıq, amma bu, müharibəyə yox, sülhə hazırlıqdır. Çünki vətəndaşların müdafiə hissi sülh və sabitliyin ən mühüm təminatıdır.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“Əminəm ki, bütün qonşu ölkələrimiz əmindirlər ki, bizim heç kimə hücum etmək niyyətimiz yoxdur”, - baş nazir bildirib.
Ermənistan ordusundakı islahatlara toxunan Paşinyan qeyd edib ki, bu, hər bir suveren dövlətin təkcə haqqı deyil, həm də borcudur.