24 Noyabr 2023 12:23
2 143
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ-ın Azərbaycana təsir və təzyiq rıçaqları azdır”.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Riçard Kirakosyan deyib.

Ekspert bir sıra amilləri nəzərə alaraq, ABŞ-ın Azərbaycana sanksiya tətbiq etməyəcəyini söyləyib:

“Bu bir həqiqətdir ki, ABŞ-ın Azərbaycan üzərində təsir rıçaqları azdır. Çünki Azərbaycan Türkiyədən dəstək almaqla yanaşı, Rusiya ilə də əməkdaşlıq edir. Baş verənlər göstərir ki, sanksiyaların son çarə olaraq qalmasına baxmayaraq, Vaşinqton yalnız təzyiqlə davam edəcək”.

Kirakosyan qeyd edib ki, bəzi fikir ayrılıqlarına rəğmən, Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsi üçün imkanlar yaranıb:

“Bütün baş verənlərə baxmayaraq, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi layihəsi üzrə diplomatik danışıqların bərpası gözləntiləri var. Bu gözlənti sülh prosesinin Qarabağdan ayrı olması ilə bağlıdır. Sülh müqaviləsi ikitərəfli, dövlətlərarası müqavilədir ki, o da Qarabağ münaqişəsindən ayrılıb”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər