NATO Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasını dəstəkləyir.
Teleqraf.com xəbər verir ki, bu barədə Alyansın Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə xüsusi nümayəndəsi Xavier Kolomina "X”də yazıb.
“Mən saxlanılanların qarşılıqlı azadlığa buraxılması, digər etimad tədbirlərinin görülməsi və çoxdan gözlənilən sülh sazişinin əldə edilməsinə dair aydın öhdəliyi elan edən Ermənistan və Azərbaycan arasındakı birgə açıqlamanı alqışlayıram. NATO bu səyləri və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasını qətiyyətlə dəstəkləyir”, - o bildirib.