8 Dekabr 2023 14:23
9 340
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tarix və şərtlərlə bağlı məlumat yoxdur, amma Ermənistan həmişə xarici işlər nazirləri səviyyəsində danışıqların Vaşinqton formatında davam etdirilməsinin tərəfdarıdır.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Sərkis Xandanyan deyib.

Onun sözlərinə görə, Ermənistan ABŞ-dan Azərbaycanla danışıqların Vaşinqtonda davam etdirilməsi üçün səylərini artırmasını gözləyir.

Rusiyada mümkün danışıqlara gəlincə, Xandanyan bildirib:

“Moskvada danışıqların aparılması üçün konkret, dəqiq tarix və təkliflər açıqlanmayıb. Danışıqlar məntiqinin davamlılığını təmin etmək çox vacibdir. Belə bir məntiq formalaşmışdı ki, Vaşinqtonda xarici işlər nazirləri, Brüsseldə isə dövlət başçıları səviyyəsində danışıqlar aparılır. İndi bu davamlılığı təmin etmək çox yaxşı olardı. Biz bu danışıqların (formatın) davamını gözləyirik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər