SSRİ-nin dağılmasından sonra Qərb Rusiyada beşinci kolonla işləyirdi.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
“Qərb Rusiyanı parçalamaq və postsovet məkanındakı ölkələri əlindən almaq vəzifəsi üzərində fəal işləyirdi. Qərb vaxtilə nasist olmalarına baxmayaraq, həmişə Ukrayna millətçilərinə arxalanıb.
Mən ukraynalıları qardaş xalq, Ukraynanın cənub-şərqini isə rus xalqının yaşadığı ərazi hesab edirəm. Rusiya Ukrayna ilə münasibətlər qurmaq üçün hər şeyi etdi. Rusiya üçün Ukraynanın NATO-ya daxil olması indi yox, hətta 10-15 ildən sonra da qəbuledilməzdir.
NATO Rusiyanın hasarından yapışıb. Buna baxmayaraq bir qarış da genişlənməyəcək. Rusiya Avropa və NATO ilə döyüşmək fikrində deyil”, - Putin bildirib.