Rəsmi Bakının İrəvanla vasitəçilərsiz sülh müqaviləsi imzalamaq təklifi çox cəlbedicidir.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin Müdafiə və Təhlükəsizlik Komitəsinin sədri Andranik Köçəryan deyib.
“Həm bizim, həm də onlar üçün çox cəlbedici təklifdir, çünki biz bir-birimizlə danışmağı bacarmalıyıq”, - komitə sədri bildirib.
Köçəryanın sözlərinə görə, bu, iki ölkə arasındakı münasibətləri normallaşdırmaq üçün lazımdır.
Prezident İlham Əliyev dünən yerli telekanallara müsahibəsində Azərbaycan və Ermənistanın sülh danışıqlarını vasitəçi olmadan davam etdirməsinin daha məqbul variant olduğunu söyləmişdi.