“Qarabağın statusu məsələsi”ni Ermənistan Baş naziri Nikol Paşinyan bağlayıb.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
Rus nazir Ermənistanın Qarabağı Azərbaycan ərazisi kimi tanımasına təəccübləndiklərini bildirib.
“2022-ci ilin payızında Makron Praqada Avropa Siyasi Birliyinin konfransını keçirəndə və həmin görüşdə Almatı bəyannaməsinə uyğun olaraq Azərbaycan və Ermənistanın bir-birlərinin ərazi bütövlüyünü tanıması barədə sənədi təsdiqləyəndə bizim təəccübümüzü təsəvvür edin. Almatı bəyannaməsi Dağlıq Qarabağın Azərbaycan SSR-in tərkibində muxtar vilayət kimi tanınması demək idi. Biz belə bir bəyanatın hazırlandığını bilmirdik”, - Lavrov söyləyib.
Onun sözlərinə görə, bu bəyanat verildikdən sonra “Qarabağın statusu məsələsi”nin Ermənistan baş nazirinin özü tərəfindən bağlandığı qənaətinə gəliblər.