Rusiya Ermənistanın Baş naziri Nikol Paşinyanın may ayında Moskvada keçiriləcək Aİİ-nin yubiley sammitində iştirakını gözləyir.
Teleqraf.com xəbər verir ki, bunu Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin deyib.
"Bu il Ermənistan Avrasiya İqtisadi Şurasına sədrlik edir. Həmçinin nümayəndə heyətlərinin mübadiləsini və səfərləri nəzərdə tutur. May ayında Moskvada Avrasiya İqtisadi İttifaqının yubiley sammitinin keçirilməsi planlaşdırılır. Təbii ki, Rusiya tərəfi ölkə lideri, sədr, Paşinyanın iştirakını gözləyir", - səfir bildirib.
Eyni zamanda səfir bildirib ki, Rusiya hərbi bazasının Ermənistandan çıxarılmasından söhbət gedə bilməz. Rusiya tərəfdən də belə siqnallar olmayıb.