20 Yanvar 13:04
2 847
12 Punto 14 Punto 16 Punto 18 Punto

2024-cü ildə xaricdəki ərazilərimizin qorunmasını davamlı şəkildə təmin edəcəyik.

Teleqraf.com xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron hərbçilərlə görüşündə deyib.

“Burada təfərrüatları sadalamayacam. Diqqətimizdə olan Balkandan, Ermənistandan, xüsusən də az öncə haqqında danışdığım Ermənistan məsələsində mövqeyimizi gücləndirəcək tarixi qərar verməyimizdən bəhs edə bilərəm”, - Fransa başçısı bildirib.

Makron 2024-cü ildə Fransanın xaricdəki ərazi və mövqelərinin mühafizəsinin silahlı qüvvələrin əsas vəzifələrindən biri olduğunu vurğulayıb.

Fransa prezidenti və Senatı artıq açıq formada Ermənistanı Azərbaycana qarşı dəstəkləyir. Ötən günlərdə Fransa parlamentində növbəti dəfə Ermənistanın Azərbaycana qarşı separatçı iddialarını dəstəkləyən avantürist və təxribatçı layihə qəbul edilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər