"Hadisəni törədən şəxs məktəb ərazisinə buraxılmayıb və hadisə məktəbin daxilində baş verməyib".
Teleqraf.com xəbər verir ki, bu fikirləri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbdə baş verən qətl hadisəsi ilə bağlı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin sektor müdiri Azər İbrahimov bildirib.
"Biz tək bu məktəblə yox, şəhərin bütün məktəbləri ilə profilaktik iş aparırıq. Bizimlə bərabər polis və İcra Hakimiyyəti yanında yetkinlik yaşına çatmayan şəxslər üzrə komissiya tərəfindən də tədbirlər keçirilir, söhbətlər aparılır. Psixoloqlar məktəblərdə mütəmadi yoxlamalar aparırlar. Bir daha diqqətə çatdırıram ki, hadisəni törədən məktəbin şagirdi deyil. Qətl kənar bir şəxs tərəfindən törədilib və məktəbdən kənarda olub".