29 Yanvar 16:58
1 981
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Serj Sərkisyan 2018-ci ildə istefa verəndə, millətimiz bayram edəndə biz də o bayram ab-havasına yığışıb, konyak içdik”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın müxalif “Erməni Milli Konqresi” Partiyası sədrinin müavini Levon Zurabyan deyib.

“Biz də illərlə bunun üçün (Sərkisyanın istefası – red.) mübarizə apardıq, amma daha çox camaatın xoşbəxtliyi üçün içdik. Sonra birinci prezidentin (Levon Ter-Petrosyan) yanına getdik, gördük ki, çox ciddi, hətta tutqun bir ifadə ilə oturub. Soruşduq ki, cənab prezident, bütün camaat sevinir, siz niyə bu əhval-ruhiyyədəsiniz?

Yadımdan çıxmayan bir cümlə dedi. Bu, həmin gün idi ki, Paşinyanın baş nazir olub-olmayacağı məlum deyildi. Levon Ter-Petrosyan söylədi ki, qulaq as, başa düşmürsən, bu gün Ermənistanda ən bədbəxt insan mənəm, çünki hakimiyyətə həm “Artsax”ı (keçmiş separatçı rejim), həm də Ermənistanı məhv edəcək bir adam gəlir”, - Zurabyan bildirib.

Qeyd edək ki, “Erməni Milli Konqresi” Partiyasının lideri Levon Ter-Petrosyandır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər