Ermənistan və Zəngəzur dəhlizinin təhlükəsizliyini Rusiyaya etibar edə bilmərik.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasının deputatı Qaqik Melkonyan deyib.
Onun sözlərinə görə, Ermənistan Azərbaycanla sülh müqaviləsinin Rusiyada imzalanmasını da istəmir.
“Rusiyanın bizdən tələbi Zəngəzur dəhlizidir ki, orada nəzarəti rus sərhəd qoşunları həyata keçirməlidir. Hamı Zəngəzur dəhlizinin açılmasını istəyir. Türkiyə də istəyir, Rusiya da, Azərbaycan istəyir. Yalnız İran etiraz edir ki, dəhliz bizim üçün “qırmızı xətt”dir. Biz də o yolların açılmasına razıyıq, amma nəzarət bizdə olmalıdır”, - Melkonyan bildirib.