17 Fevral 13:57
7 536
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Nikol Paşinyan ABŞ dövlət katibi Entoni Blinkenlə görüşüb.

Teleqraf.com xəbər verir ki, görüş Münxen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutub.

Görüşdə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və digər rəsmi şəxslər iştirak ediblər.

Paşinyan görüşdə bir neçə gün əvvəl Ermənistanın şərti sərhəddə törətdiyi hərbi təxribatı Azərbaycanın üstünə atmağa cəhd edib.

“Gündəliyimiz üçün regional məsələlər də çox önəmlidir. Təəssüflər olsun ki, indi Ermənistanla Azərbaycan arasında gərginliyin yeni mərhələsi yaşanır, son vaxtlar gərginliyin yeni yüksəlişi baş verib, bu, böyük itkilərə səbəb olub”, - baş nazir deyib.

Görüşdə Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi prosesinə istinad edilib. Paşinyan Ermənistanın konkret həll yoluna getməyə hazır olduğunu deyib.

Blinken də ABŞ-nin danışıqlar və sülh prosesində səylərini davam etdirməyə hazır olduğunu vurğulayıb və dialoqun davam etdiriləcəyinə ümid etdiyini bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər