20 Fevral 11:28
10 857
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya ilə münasibətləri kökündən pozmağa hazırlaşır.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.

“Baş nazir Nikol Paşinyanın Münxen səfərindən sonra Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsinin yeni dalğası baş qaldıracaq. Teldən asılı olan Ermənistan-Rusiya münasibətlərini kökündən pozmağa, Rusiyanı Ermənistandan birdəfəlik sıxışdırmağa cəhd ediləcək.

Rəsmi mənbələr Qərbin belə bir tələb irəli sürdüyünü, bunun müqabilində Azərbaycanın hərbi ambisiyasını cilovlamağa söz verdiyini deyirlər. Paşinyanın Münxendə erməni icması ilə görüşündə bu məsələyə qayıtmasının səbəbi də bu idi".


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər