Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası SSRİ-nin son dövrünün xəritələrinə əsaslanmalıdır.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.
Almatı bəyannaməsinə diqqət çəkən Qriqoryanın sözlərinə görə, bu sənəddə qeyd olunur ki, SSRİ-nin dağılması zamanı mövcud olan inzibati sərhədlər dövlətlərarası sərhədlər kimi tanınır:
“Bu o deməkdir ki, Ermənistanla Azərbaycan arasında Almatı bəyannaməsinə əsaslanan beynəlxalq sərhəd olmalıdır, SSRİ dövrünün ən son xəritələrinə əsaslanaraq bu sərhədlər bərpa olunmalıdır. Bu problemdir və biz bu barədə Azərbaycanla razılığa gəlmək istəyirik.
Əminik ki, bu, hüquqi yanaşmadır, heç bir beynəlxalq prinsipi pozmur və münasibətlərin tənzimlənməsinə uyğundur. Müzakirələr davam edir və mən əminəm ki, yekunda razılığa gələcəyik”.