23 Fevral 21:26
2 807
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zəngəzurda müxtəlif dövlətlərin hərbi bazalarının yaradılması məsələsi gündəmdən düşmür.

Teleqraf.com xəbər verir ki, bunu siyasi ekspert Əziz Əlibəyli deyib.

“Zəngəzurda yeni müharibə zonası yaradılır. Erməni politoloqun “Ermənistan Ukraynaya çevriləcək” sözündən bir gün keçməmiş İran Ermənistana Zəngəzurda hərbi baza yaratmaq təklifinin verdiyi ortaya çıxdı. Eyni gündə Nikol Paşinyan KTMT-dəki fəaliyyətini dondurduqlarını açıqladı. Dünən Paris, bu gün İrəvan və Tehranda - Zəngəzurda müxtəlif dövlətlərin hərbi bazalarının yaradılması məsələsi gündəmdən düşmür.

Deməli, Fransa ordusu Paşinyanın xeyir-duası ilə Ermənistana gəlir. Həmin ərazidə isə Rusiyanın sərhəd xidmətinin əsgərləri yerləşir. Üçüncü cəbhəni açmaqla kimin nəyə xidmət etmək istədiyi ortadadır”, - ekspert bildirib.

Əziz Əlibəyli Ermənistanın Rusiyaya qarşı fəaliyyətini “xəyanət” adlandırıb:

“Dəqiq olan odur ki, Rusiya “xəyanət edilən ər” obrazından çıxa bilmir. Əks halda, Paşinyan Parisdə Moskvanı bu qədər əla salmağa cürət edə bilməzdi”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər