Terrorçu erməni dəstəsi rus ordusunun sıralarında Ukraynaya qarşı müharibədə iştirak etmək üçün Rusiya Prezidenti Vladimir Putinə müraciət edib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Erməni Qartalları - Vahid Ermənistan” Partiyasının sədri Xaçik Asryan məlumat verib.
“Erməni Qartalları - Vahid Ermənistan” MDB ölkələri arasında yeganə partiyadır ki, 2022-ci il fevralın 24-də “Erməni Qartalları” könüllü döyüş dəstəsilə Donbasa getmək üçün Rusiya prezidentinə rəsmi müraciət edib”, - partiya sədri bildirib.
Asryan terrorçu dəstəsinin 44 günlük müharibədə Azərbaycana qarşı döyüşdüyünü də etiraf edib. O, Ukraynanın 44 günlük müharibədə Azərbaycanı dəstəklədiyini vurğulayıb.
Polkovnik “Erməni Qartalları”nın Rusiya Müdafiə Nazirliyinin hərbçiləri ilə birlikdə həmişə Ermənistanın maraqlarını qorduqları etirafını da dilə gətirib.
Terrorçu dəstə təkcə İkinci Qarabağ Müharibəsi yox, 2016-cı ildə Aprel döyüşlərində də Azərbaycana qarşı savaşıb. Asryan buna görə keçmiş hərbi xuntanın başçısı Serj Sərkisyan tərəfindən “mükafatlandırılıb”.