28 Yanvar 2015 09:56
1 502
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bakı Metropoliteni"ndə texniki nasazlıq səbəbindən qatarların hərəkətində problem yaranıb.

Bunu Teleqraf.com-a “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.

Onun sözlərinə görə, bu gün saat saat 08:26-da metronun “Həzi Aslanov” - “Dərnəgül” xətti istiqamətində hərəkət edən 38 saylı qatarda texniki nasazlıq yaranıb.

Bu səbəbdən “Nizami” stansiyasından “Elmlər Akademiyası” stansiyası istiqamətində hərəkət edərkən qatar “Nizami” stansiyasının girişində dayanıb: “Texniki nasazlıq metroda qatarların ümumi hərəkətində təxminən 10 dəqiqə gecikməyə səbəb olub. Köməkçi qatar vasitəsilə nasaz qatar stansiyadan çıxarılıb, sərnişinlər boşaldılıb, qatar isə depoya göndərilib. Onun əvəzinə xəttə ehtiyat qatar buraxılıb”.

Şöbə rəisi qeyd edib ki, hazırda qatarların hərəkətində heç bir problem yoxdur: “Sadəcə qatarların hərəkət qrafikini, qatarlar arasında intervalı yenidən bərpa etməyə çalışırıq. Yaxın müddət ərzində qrafik tam bərpa olunacaq”.

“Qatar 10 dəqiqə tuneldə qalıb, bu da sərnişlər arasında qarışıqlığa səbəb olub. Elmlər Akademiyası metro-stansiyasının qarşısına 1 dəqiqədə 2 təcili yardım maşını gəldi. Sıxlığa görə, ürəyi gedənlər var”, deyə sakinlərdən biri jurnalistlərə açıqlamasında deyib.


Müəllif:

Oxşar xəbərlər