1 Aprel 16:29
827
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanla Azərbaycan arasında sülhə Rusiya mane olur.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın hakim partiyasının deputatı Qaqik Melkonyan deyib.

“Zənn etmirəm ki, Azərbaycan xalqı müharibə haqda düşünür. Son sorğularda azərbaycanlıların 78 faizi müharibənin əleyhinə çıxıb. Onlar da, biz də sülh istəyirik”, - deputat bildirib.

Onun sözlərinə görə, iki xalq arasında sülhə maneə yaradan Rusiyadır.

Melkonyan qeyd edib ki, ötən illərdə bir neçə dəfə “sülh sazişinin bağlanması üçün zəmin” olsa da, Moskva buna imkan verməyib.

“İndiyədək razılaşmamağımızın səbəbkarı Rusiyadır, çünki bölgədə sülh istəmir. Hər iki tərəfi vuruşdurub özü qalib olmaq istəyir”, - deputat qeyd edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər