ABŞ Ermənistanı güclü ölkə kimi görmək istəyir.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken Brüsseldə Avropa Birliyi-ABŞ-Ermənistan üçtərəfli görüşü ilə bağlı mətbuat konfransında bildirib.
Dövlət katibi çıxışında “ABŞ sülh prosesində Ermənistanın tərəfdaşı olmaq istəyir” kimi ikibaşlı fikrə də yer verib. Həmçinin o, Azərbaycanın Qarabağ iqtisadi rayonundan könüllü gedən erməniləri “qaçqın” adlandırıb.
“ABŞ Ermənistanı güclü ölkə kimi görmək istəyir. ABŞ Azərbaycanla sülhdə Ermənistanın tərəfdaşı olmaq istəyir. ABŞ Qarabağdan məcburi köçkün edilmiş ermənilərə dəstəyini davam etdirəcək, bu, Ermənistanın uzunmüddətli sabitliyi üçün çox vacibdir”, - Blinken bildirib.
ABŞ-nin baş diplomatı bununla Azərbaycanla sülh danışıqlarında Ermənistanın maraqlarını müdafiə etmək istədiklərinə eyham vurub.
Blinken həmçinin ABŞ-nin Ermənistana 65 milyon dollar investisiya yatırmağı planlaşdırdığını açıqlayıb.