Azərbaycanla sərhəddə eskalasiya rəsmi Bakıdan çox Rusiyadan asılıdır.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.
“Böyük Britaniya Brüsseldəki görüşə (Brüssel – red.) dəvət edilməyib. Bu olay ətrafında saxta tezislər ortaya atılır. Belə çıxır ki, Azərbaycanla sərhəddə eskalasiya rəsmi Bakıdan çox Rusiyadan asılıdır. Xanım Zaxarovanın “çox narahatedici açıqlaması”ndan məhz bunu güman edə bilərik”, - Qriqoryan deyib.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bundan əvvəl Ermənistanı Qərblə birlikdə regionda vəziyyəti gərginləşdirməkdə ittiham edib:
“Ermənistan-Azərbaycan arasında mümkün eskalasiya yalnız rəsmi İrəvanın Avropa Birliyi, ABŞ və Böyük Britaniyaya region və ölkənin vəziyyətinə dağıdıcı təsir göstərməsinə nə dərəcədə imkan verəcəyindən asılıdır”.