7 Aprel 10:27
905
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 7-dən etibarən İsrail ordusunun Qəzza zolağında itkilərinin sayı 604 nəfərə çatıb.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətinin rəsmi məlumat yayıb.

Ötən gün yayılan məlumatlara əsasən Qəzza zolağında daha 4 İsrail əsgəri həlak olub. Bütün itkilər anklavın cənubunda qeydə alınıb.

Belə ki, Qəzzada quru əməliyyatı başlayandan bəri İsrail ordusu 260 hərbçisini itirib.

Oktyabrın 7-də HƏMAS qruplaşması İsrailin nəzarətində olan ərazilərə hücum edib. Buna cavab olaraq İsrail ordusu Qəzzada hərbi əməliyyatlara başlayıb.


Müəllif: Teleqraf.com