Rusiyanın “Azimut” Hava Yolları şirkəti Həştərxandan Azərbaycana birbaşa müntəzəm reysləri bərpa edib.
Teleqraf.com xəbər verir ki, bu barədə hava limanının Mətbuat Xidməti məlumat yayıb.
“Bakıya uçuşlar həftədə iki dəfə bazar ertəsi və cümə axşamı günləri yerinə yetiriləcək: Həştərxana eniş - 08:35, Bakıya uçuş - 09:35. Bir istiqamətdə səyahət vaxtı - 1 saat 30 dəqiqədir”, - məlumatda bildirilir.
Biletlərin artıq satışda olduğu vurğulanıb.
Qeyd edək ki, fevral ayında şirkət səbəb göstərmədən Həştərxandan Bakıya birbaşa uçuşları dayandırmışdı.
Bundan əvvəl Rusiyanın “Ural Hava Yolları” şirkətinin Jukovski hava limanından (Moskva vilayəti) Azərbaycanın paytaxtına müntəzəm birbaşa reysləri bərpa edəcəyini xəbər vermişdik.