9 Aprel 13:35
2 292
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə hakimiyyəti tənqid edənlər ara-sıra Azərbaycan neftinin ölkə üzərindən İsrailə satılmasını da gündəmə gətirirlər.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Türkiyənin ictimai-siyasi həyatındakı son gəlişmələrə diqqət çəkib:

“Türkiyədə bələdiyyə seçkiləri zamanı müxalifət partiyaları Prezident Rəcəb Tayyib Ərdoğanı və hakim partiyanı (AKP) İsraillə ticarət əməkdaşlığına görə tənqid edirdilər. Yəni deyirdilər ki, Ərdoğan bir tərəfdən İsraili Qəzzanı bombalamasına görə sərt tənqid edir, bu ölkənin Baş naziri Netanyahunu “qatil” adlandırır, digər tərəfdən Türkiyə hökuməti İsraillə idxal-ixrac əməliyyatlarını dayandırmır. Bu təbliğat müxalifətin işinə bir qədər yaradı.

Müxalifətin bu arqumentini zəiflətmək məqsədilə Türkiyə Ticarət Nazirliyi İsraillə ticarəti azaltmağa qərar verib, 54 məhsulun İsrailə ixracı dayandırılıb. Türkiyədə hakimiyyəti tənqid edənlər ara-sıra Azərbaycan neftinin də ölkə üzərindən İsrailə satıldığını xatırladırlar. Yəni bildirirlər ki, bunun da qarşısını almaq lazımdır.

Azərbaycan nefti Ceyhan limanı üzərindən dünyanın müxtəlif ölkələrinə satılır, burada Hindistandan tutmuş İsrailə qədər dövlətlər var. Azərbaycan neftini hansı dövlətlərə satmaq qərarı Bakıda verilir, Ankara buna qarışmır. Bu səbəbdən “Azərbaycan neftini İsrailə satmayın” çağırışları Türkiyənin deyil, İranın işinə yarayır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər