14 Aprel 01:53
1 530
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran İsrailə ballistik raketlər atıb.

Teleqraf.com xəbər verir ki, bu barədə İRNA agentliyi mənbələrə istinadən məlumat yayıb.

***

01:16

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsraildəki hədəflərə raket və pilotsuz təyyarələrin buraxılmasını rəsmən təsdiqləyib.

Teleqraf.com xəbər verir ki, bu barədə İranın İRNA dövlət agentliyi məlumat yayıb.

"Raket hücumu tezliklə başlayacaq", - mesajda deyilir.

Bundan əvvəl İsrail Müdafiə Qüvvələri (IDF) bildirib ki, İran İsrail istiqamətində PUA-nı buraxıb. İdarə hava hücumundan müdafiə sistemi və silahlı qüvvələrin yüksək döyüş hazırlığı vəziyyətinə gətirildiyini qeyd edib.

***

İsrail ordusu İrandan İsrailə istiqamətlənən bütün dronları izləyir.

Teleqraf.com xəbər verir ki, bu barədə İsrail ordusunun bəyanatında bildirilib.

Qeyd olunur ki, İsrail ordusunun müdafiə sistemləri döyüş hazırlığı vəziyyətinə gətirilib, onlarla təyyarə səmadadır və ABŞ ilə sıx koordinasiya qurulub. İsrail ordusu bütün hədəfləri izləyir.

***

23:56

İran pilotsuz təyyarə ilə İsrailə hücum edib.

Teleqraf.com xəbər verir ki, bu barədə İsrailin Kan radiostansiyası məlumat yayıb.

"Jerusalem Post” qəzetinə ABŞ və İsrail kəşfiyyatına istinadən xəbər verir ki, İran tərəfi İsrailə onlarla pilotsuz uçuş aparatı istiqamətləndirib.

Qeyd olunub ki, dronlar İsrailə bir neçə saata çatacaq.


Müəllif: Pərvin Cəfərova