Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Qırğız Respublikasının Prezidenti tərəfindən “Dank” ordeni ilə təltif olunub
Teleqraf.com xəbər verir ki, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Qırğız Respublikasının Prezidenti Sadır Japarovun “Qırğız Respublikasının dövlət mükafatları ilə təltif olunma haqqında” Fərmanı ilə Türk xalqları arasında dostluq və əməkdaşlığın möhkəmləndirilməsində mühüm töhfələrinə görə Dank” ordeni ilə təltif olunub.
Mükafatlandırma mərasimi Japarovun 18-19 aprel 2024-cü il tarixlərində Qazaxıstan Respublikasına səfəri çərçivəsində Astanada baş tutub.
Mərasimdə “Dank” ordeni Aktotı Raimkulovaya Qırğızıstan Respublikasının Dövlət katibi Suyunbek Kasmambetov tərəfindən təqdim olunub.