Bakı öz gücü hesabına Qarabağda təhlükəsizliyi təmin edə bilər.
Teleqraf.com xəbər verir ki, bu barədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi İmanqali Tasmaqambetov "TASS"a rus sülhməramlılarının Qarabağdan çıxarılmasını şərh edərkən deyib.
"Qarabağ Azərbaycan Respublikasının ərazisidir və Respublikanın təhlükəsizliyi təmin etmək üçün öz qüvvələri var", - bildirib.
Baş katib regionda sabitliyin Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması üzrə perspektivlərdən asılı olduğunu vurğulayıb.