30 Yanvar 2015 17:22
861
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ədliyyə naziri Fikrət Məmmədov tərəfindən fevralın 4-də Salyan şəhərində vətəndaşların qəbulu keçiriləcək.

Bu barədə Teleqraf.com-a Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, qəbulda Salyan, Cəlilabad və Biləsuvar rayonlarında yaşayan vətəndaşların ədliyyə və məhkəmə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq. Qəbul saat 11:00-da Salyan şəhərindəki Heydər Əliyev Mərkəzində (ünvan: Salyan şəhəri, Təbriz Xəlilbəyli küçəsi, 156) başlayacaq.

Vətəndaşlar qəbula Şirvan Regional Ədliyyə Şöbəsi (ünvan: Şirvan şəhəri, F.Eynullayev küçəsi, 17, əlaqə telefonu: (02121) 5-67-27, (02121) 5-60-23, (050) 567-98-24, habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və [email protected] elektron poçt ünvanı vasitəsilə, eləcə də Salyan şəhərindəki Heydər Əliyev Mərkəzində yazıla bilərlər.

Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər