Paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsində əvvəllər dəfələrlə məhkum olunmuş, axtarışda olan 1986-cı il təvəllüdlü Rövşən Oqtay oğlu Allahverdiyev polis əməkdaşları tərəfindən iyunun 24-də saxlanılarkən silahlı müqavimət göstərilib. Həmin şəxs 3 polis əməkdaşını və 1 mülki vətəndaşı qətlə yetirib.
Teleqraf.com xəbər verir ki, qətlə yetirilən polislərdən biri Eldəniz Məmmədov müğənni Elnar Xəlilovun dayısıoğludur.
Bu barədə Elnar Xəlilov öz sosial şəbəkə hesabında bildirib.
O, Eldəniz Məmmədovun fotosunu paylaşaraq ona Allahdan rəhmət diləyib.