24 İyun 18:56
1 476
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dağıstanlı terrorçuların atası Maqomed Ömərov Serqokalinski rayonunun icra başçısı vəzifəsindən uzaqlaşdırılıb.

Teleqraf.com xəbər verir ki, bunu Dağıstanın rəhbəri Sergey Məlikov deyib.

Dindirilmə zamanı Ömərov oğullarının radikal ideyalara sadiqliyindən xəbərdar olduğunu etiraf edib.

Bildirilir ki, Ömərov tutduğu vəzifədən azad edilib və “Vahid Rusiya” partiyasından xaric olunub.

Xatırladaq ki, bundan əvvəl məmur özü istefa ərizəsi yazıb.

İyunun 23-də axşam saatlarında silahlı yaraqlılar iki pravoslav kilsəsinə, Dərbənddə sinaqoqa hücum ediblər, eyni zamanda terrorçular Mahaçqalada yol polisi postunu atəşə tutublar. Faciədən sonra Cinayət Məcəlləsinin üç maddəsi - 205 (“Terror aktı”), 222 (“Odlu silahın qanunsuz dövriyyəsi”) və 226-cı maddələri (“Odlu silah oğurluğu”) üzrə cinayət işi açılıb.


Müəllif: Arzu

Oxşar xəbərlər