27 İyun 22:18
1 828
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ dövlət katibinin köməkçisi Ceyms Obrayenin Azərbaycana səfərində Zəngəzur dəhlizinin açılması məsələsi müzakirə ediləcək.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspert xatırladıb ki, Azərbaycana səfərə hazırlaşan Obrayen ötən həftələrdə Ermənistanda olub:

“Vaşinqton Bakı və İrəvan arasında sülh müqaviləsinin imzalanmasına vasitəçilik etməyə çalışır. Son həftələrdə yenidən fəallığını artıran ABŞ tezliklə sülhün əldə edilməsinə cəhd göstərir. Payızda seçkilərə gedən Co Bayden administrasiyası ona qədər xarici siyasətdə ciddi bir uğura imza atmaq istəyir. Sülhə yaxınlaşan Azərbaycan və Ermənistan ona belə bir fürsət yaradır, daha doğrusu, ABŞ bu fürsətdən yararlanmağa, tarixi hadisədən özünə pay ayırmağa çalışır.

Hesab edirəm ki, Obrayenin Bakıda aparacağı danışıqlar əsasən sülh sazişinin yekunlaşdırılması və Zəngəzur dəhlizinin açılması ətrafında olacaq.

Azərbaycan Fransanın pozucu fəaliyyətlərinin qarşısını almaq üçün ABŞ ilə ikitərəfli əlaqələri möhkəmləndirməlidir. Çünki Fransadan fərqli olaraq, artıq ABŞ real sülhdə maraqlıdır və Zəngəzur dəhlizinin açılmasının labüdlüyünü qəbul edib. Vaşinqton əvvəllər bu dəhlizə qarış idi, amma Azərbaycanın İranla alternativ yolun inşasını razılaşdırması, Vaşinqtonun Zəngəzurla bağlı fikrini dəyişdirdi. Qənaətimə görə, ABŞ İrəvanı da razılıq verməyə sövq edir. Təsadüfi deyil ki, Bakı səfərindən əvvəl Konqresdəki dinləmələrdə çıxış edən Obrayen Orta dəhlizin Mərkəzi Asiya, Cənubi Qafqaz və Avropa üçün önəminə diqqət çəkib. Amerikalı diplomat bununla bağlı Azərbaycanla işləməyin vacib olduğunu da vurğulayıb”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər