28 İyun 13:04
1 419
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın xeyrinə “casusluq”da ittiham olunan Sərkis Qalstyanın işi üzrə şahid qismində dindirilən keçmiş separatçı rejimin sonuncu başçısı Samvel Şahramanyanla birincinin arasında mübahisə olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.

Nəşr bildirir ki, Şahramanyanın ifadəsi ittihamı dəstəkləmir. Separatçı Qalstyanı özünün “aparat rəhbərinin müavini” təyin etmişdi.

Ötən ilin payızında Qarabağ erməniləri (könüllü əsasda) Ermənistana köçdükdən sonra bir neçə nəfər, o cümlədən Qalstyan və arvadı Xankəndidə qalıb, təxminən 3 ay əvvəl Azərbaycandan Ermənistana köçüblər.

Qalstyan Xankəndidə qaldıqdan sonra Ermənistan mediasında onun azərbaycanlılarla əməkdaşlıq etdiyi barədə iddia yayılmışdı. Martın 29-da Beynəlxalq Qırmızı Xaç Komitəsinin müşayiəti ilə ər-arvad Ermənistana köçüb, amma hüquq-mühafizə orqanları onları həbs edib. Qadın azad edilsə də, kişi Azərbaycanın xeyrinə “casusluq”da ittiham olunub. Qalstyan barəsində həbs qətimkan tədbiri seçilsə də, ittihamı qəbul etmir.

Əvvəllər “casusluq” etdiyini desə də, bir müddət sonra belə bir fikir söyləmək üçün təzyiqlərə məruz qaldığını bildirərək ifadəsindən geri çəkilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər