Nikol Paşinyan hökuməti Qarabağ ermənilərini (separatçılar) siyasi fəallıq göstərməməyə, revanşist “Vətən naminə Tavuş” Hərəkatının təşkil etdiyi mitinq və aksiyalarda iştirak etməməyə inandırır.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Joqovurd” qəzeti məlumat yayıb.
“Hakim “Vətəndaş Müqaviləsi” Partiyasının üzvləri müxtəlif rayon və vilayətlərdə Qarabağdan olan ermənilərlə qapalı görüşlər keçirir, sosial proqramlarla bağlı məsələləri müzakirə edirlər. Mənbələrimizə görə, sosial məsələlərlə yanaşı, hakimiyyət onları başa salır ki, əgər bu sosial proqramlardan istifadə etmək istəyirlərsə, siyasi neytrallıq nümayiş etdirməli, hakim partiyanı tənqid etməməli, siyasi proseslərə, xüsusən də mitinqlərə qarışmamalıdırlar”, - nəşr yazır.
Mənbə bir qrup separatçının keşiş Baqrat Qalstanyanın rəhbərlik etdiyi revanşist hərəkata dəstək verdiyini də bildirib.