4 İyul 13:25
890
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransada erkən parlament seçkilərinin nəticələrindən asılı olmayaraq, Paris Ermənistana hərbi dəstəyini davam etdirəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə “Bloomberg” yazır.

ABŞ agentliyi Emmanuel Makron hökumətinin Azərbaycanla bağlı əsassız iddialarına da yerib.

Mənbə bildirir ki, Azərbaycan Parisin Ermənistanı silahlandırmasına cavab olaraq, Fransanın Sakit okean, Karib dənizi və Latın Amerikasındakı dənizaşırı ərazilərində münaqişələri qızışdırır: “Bakı Təmas Qrupu Fransa Polineziyası və Yeni Kaledoniya kimi yerlərdə müstəqillik tərəfdarlarını dəstəkləyərək, xaricdəki bir çox regionlarda Parisin hakimiyyətinə son qoymağa çalışır”.

“Bloomberq” məqalənin davamında Fransanın Ermənistanı silahlandırmasının Cənubi Qafqazda gərginliyi yenidən qızışdırdığını vurğulayır:

“Dünyada üçüncü ən böyük erməni diasporunun məskunlaşdığı Fransa İrəvanla yeni silah tədarükü müqaviləsi imzaladıqdan sonra qarşıdurma daha da şiddətlənəcək kimi görünür. Prezident Emmanuel Makronun təyin etdiyi növbədənkənar parlament seçkilərinin nəticəsindən asılı olmayaraq, Parisin Ermənistana hərbi dəstəyini davam etdirəcəyi gözlənilir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər